Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək.
Unikal.org "Report"-a istinadən xəbər verir ki, səfər Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun dəvəti ilə iyulun 14-15-də baş tutacaq.
Səfər zamanı M.Çavuşoğlu azərbaycanlı həmkarı ilə görüşəcək, həmçinin Prezident İlham Əliyev tərəfindən qəbul ediləcək.
Tərəflər ikitərəfli əməkdaşlığın mühüm məsələlərini və regional məsələləri müzakirə edəcək.