Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə və ölkəmizdə rəsmi səfərdə olan Ukraynanın Prezidenti Petro Poroşenko iyulun 14-də birgə işgüzar nahar ediblər.

Unikal.org xəbər verir ki, səmimi söhbət zamanı Azərbaycan ilə Ukrayna arasında münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparılıb.