"Ermənilər nə edirlərsə etsinlər, Dağlıq Qarabağ Azərbaycanın torpağıdır. Azərbaycanın düşməni bizim də düşmənimizdir.
Unikal.org ANS PRESS-ə istinadən xəbər verir ki, bunu Türkiyə Baş naziri Binəli Yıldırım bəyan edib.
Baş nazir deyib, Ermənistan illərdir ki, Azərbaycanın torpaqlarını haqsız yerə işğal edib.
"İraqı işğal etdikdən 10 il sonra "bağışlayın biz səhv işğal etdik deyə açıqlama verirlər. Ölən 1 milyon yarım günahsız insanın hesabını necə verəcəksiniz. Ermənilər nə edirlərsə etsinlər Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın torpaqları olduğu həqiqətini dəyişdirə bilməyəcəklər. Oranın hər qarış torpağında Azərbaycan xalqının izi, mədəniyyəti var, - Binəli Yıldırım bildirib.
Həmçinin oxuyun: Ərdoğanın Qarabağ zəfəri
Qaçqın və məcburi köçkünlərin dərhal doğma torpaqlarına qayıtmasının vacibliyini vurğulayan Baş nazir bildirib ki, Türkiyə bunu ən üst səviyyədə bəyan edib və bundan sonra da bəyan etməyə davam edəcək.
Onu da qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ötən gündən Azərbaycanda səfərdədir. Nazir Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. Görüşlərdə ikitərəfli münasibətlərlə yanaşı Dağlıq Qarabağ münaqişəsi əsas müzakirə mövzusu olub.