Türkiyə prezidenti Rəccəb Tayyib Ərdoğan canlı yayıma çıxıb.

Unikal.org "Qafqazinfo"-ya istinadən xəbər verir ki, prezident CNN Türk-dəki çıxışı zamanı xalqı meydanlara çağırıb.

***

Ərdoğanın çıxışından hissələri təqdim edirik:

"Bizim birlik, bərabərliyimizə qarşı yönəlmiş bu hərəkətə qarşı millət olaraq verəcəyimiz gözəl bir cavab var. Onlar lazım olan cəzanı alacaqlar. Yəni, indi insanların imkanları ilə ərsəyə gələn tankı, topu, helikopteri istifadə edərək millətin üzərinə gəlməyi çox ağır ödəyəcəklər. Prezident olaraq bu mövzuda atılması lazım olan addımlar nədisə vəziyyətə uyğun olaraq hamısını edəcəyik. Bunu fərqli bir formada şərh edə bilmərik. Meydanı da onlara buraxa bilmərik. İşğalı çox qısa zamanda aradan qaldıracağıq. Qərarlı bir şəkildə bu işin üzərinə gedəcəyimizi xüsusilə bildirmək istəyirəm. Bu mövzuda qərarlığımızı kiminsə test etməyə gücü çatmayacaq.

***

"Millətimə bir çağrı edirəm-millətimizi meydanlara, hava limanlarına dəvət edirəm. Millət olaraq həmin yerlərdə toplanaq. Və onların qrupları tanklarıyla, toplarıyla gəlsinlər. Nə edəcəklərsə etsinlər. Mən bu günə qədər xalqın gücünün üstündə bir güc tanımadım. Bundan sonra da belə bir məsələ müzakirə mövzusu deyil.

***