İran Türkiyə ilə sərhəddini açıb. 

Unikla.org "Report-a istinadən xəbər verir ki, bu barədə "Sputnik agentliyi məlumat yayıb.

"Dünən gecə Türkiyədə baş verən çevriliş cəhdi ilə əlaqədar bağlanan sərhəd keçid məntəqələri artıq fəaliyyətini bərpa edib, - İranın güc strukturlarından bildirilib.

Artıq yük avtomobilləri və digər nəqliyyat vasitələrinim sərhədi keçməsinə başlanılıb.

Qeyd edək ki, Türkiyədə silahlı çevrilişə cəhd edən 2,8 mindən şəxs artıq həbs olunub, onların içərisində yüksək hərbi rütbəlilər də var. Son məlumatlara görə, dövlət çevrilişinə cəhd zamanı 161 nəfər həyatını itirib.