Rusiya prezident Vladimir Purin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğana zəng edib.

Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, Putin uğursuz hərbi çevriliş zamanı həlak olan insanlara görə Ərdoğana başsağlığı verib, Türkiyədə tezliklə sabitlik və nizamın bərqərar olmasını arzulayıb.

Həmçinin Rusiyanın dövlət başçısı ümid etdiyini bildirib ki, Türkiyə tərəfi rus turistlərin təhlükəsizliyinə maksimum diqqət göstərəcək.

Telefon danışığında hər iki prezident şəxsi görüş barədə razılığa gəlib. Bildirilib ki, avqust ayının ilk həftəsi 100 faiz görüşəcəklər.