Prezident İlham Əliyev "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 146 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.
Unikal.org AZƏRTAC-a istinadən bildirir kİ, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 146 nömrəli Sərəncamını "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat"ın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 569 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
"Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 146 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, â„– 5, maddə 307; 2010, â„– 2, maddə 80) aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin Sərəncamla təsdiq edilmiş Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilsin:
"Komissiyanın sədri
Süleyman İsmayılov
-
Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının Sənədlərlə və vətəndaşların
müraciətləri ilə iş şöbəsinin müdiri
Komissiyanın üzvləri:
Fatma Abdullazadə
-
Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının Humanitar siyasət məsələləri
şöbəsinin müdiri
Fuad Ələsgərov
-
Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş
şöbəsinin müdiri
Şahin Əliyev
-
Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının Qanunvericilik və hüquq
ekspertizası məsələləri şöbəsinin müdiri
Eldar Nuriyev
-
Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri
Tələt Məcidov
-
Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının Kadr məsələləri şöbəsinin müdiri
Səadət Yusifova
-
Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının Siyasi təhlil və informasiya
təminatı şöbəsinin müdiri
Azər Əmiraslanov
-
Azərbaycan Respublikası Prezidentinin iqtisadi
islahatlar üzrə köməkçisi xidmətinin Aqrar və sənaye
məsələləri şöbəsinin müdiri
Mail Rəhimov
-
Azərbaycan Respublikasının iqtisadi siyasət
məsələləri üzrə Dövlət müşavirinin xidmətinin İqtisadi
siyasət məsələləri şöbəsinin müdiri
Əli Hüseynov
-
Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin
müavini
Ataxan Paşayev
-
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi".
2. Həmin Sərəncamla təsdiq edilmiş "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyası haqqında Əsasnamə" üzrə:
2.1. I-III hissələrin adlarının qarşısındakı rum rəqəmləri ərəb rəqəmləri ilə əvəz edilsin;
2.2. 1-ci hissə üzrə:
2.2.1. 2-ci bənddən "Azərbaycan Respublikası Prezidentinin Administrasiyası haqqında Əsasnaməni," sözləri çıxarılsın və "işə dair" sözləri "iş barədə" sözləri ilə əvəz edilsin;
2.2.2. 4-cü bənddə "Ümumi şöbənin" sözləri "Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin" sözləri ilə əvəz edilsin;
2.3. 3-cü hissə üzrə:
2.3.1. 1-ci bənddə "II bölməsində" sözləri "2-ci hissəsində" sözləri ilə əvəz edilsin;
2.3.2. 3-cü bəndin ikinci cümləsindən "bir qayda olaraq" sözləri çıxarılsın".