Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında referendum aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə sərəncam imzalayıb.
Unikal.org-un məlumatına görə, referendum layihəyəsində təklif edilən dəyişikliklərdə parlament seçkilərində namizədlərə tətbiq edilən 25 yaş məhdudiyyətinin aradan qaldırılması da nəzərdə tutulur:
"85-ci maddənin I hissəsində "yaşı 25-dən aşağı olmayan sözləri "seçkilərdə iştirak etmək hüququna malik olan sözləri ilə əvəz edilsin.
Qeyd edək ki, ölkədə seçkilərdə iştirak etmək hüququna 18 yaşı tamam olan şəxslər malikdirlər.