"Türkiydə xalq tərəfindən demokratik yolla seçilmiş hakimiyyətə qarşı zorakılıq edənlər ciddi cəzalandırılmalıdır.
Bu fikirləri Unikal.org-a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, deputat Rövşən Rzayev Türkiyədə baş verən son olaylardan danışarkən deyib.
O qeyd edib ki, hərbçilərin bu hərəkəri mənfi qiymətləndirilməlidir: "Gərək bu hadisələr Türkiyədə baş verməyəydi. Çünki Türkiyə bizim üçün çox önəmli dövlətdir. Xalq tərəfindən demokratik yolla seçilmiş hakimiyyətə qarşı zorakılıq edənlər ciddi cəzalandırılmalıdır. Hərbiçilərin bu hərəkəri mənfi qiymətləndirilməlidir. Öz əhalisinə qarşı hərbi çevriliş edən əsgər məsuliyyət daşımalıdır. Türkiyə xalqının demoktatik yolla seçdikləri prezidenti qorumalarını, müdafiə etmələrini mən alqışlayıram. Türkiyə dövlətinin demokratiyasını müdafiə etmək qorumaq üçün insanlar neçə birlik nümayiş etdirdilər. Mən həmin insanlara təşəkkürümü bildirirəm. Allah Türkiyə xalqına kömək olsun.
Qiyamçıların edam olunması ilə bağlı səsləndirilən fikirlərə gəlincə, R.Rzayev qeyd edib ki, bu Türkiyə xalqının öz qərarıdır: " Ancaq hesab edrəm ki, edamla bağlı qanunvericilikdə ediləcək dəyişikliklə bağlı səsləndirilən fikirlər düzgün deyil. Edam qərarının əleyhinəyəm .Bu Türkiyənin daxili işidir. Qərarı özləri verəcəklər.
Həsən Babayev