Gəncədə ev sahibi yaşadığı mənzili yandırıb.
Unikal.org Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, bir otaqlı fərdi yaşayış evi külə dönüb. Hadisənin ailə mübahisəsi zəminində baş verdiyi güman olunur.
Bu gün günorta saat 12:00 radələrində Gəncə Şəhəri, Məhsəti qəsəbəsində yeni salınan yaşayış massivindəVüqar İmanovaməxsus, ümumi sahəsi 25 kvadratmetr olan fərdi yaşayış evində yanğın baş verib.
Dərhal hadisə yerinə Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 3 yanğınsöndürmə briqadası cəlb olunub. Görülən qabaqlayıcı tədbirlərə baxmayaraq bir otaqlı ev əşyaları ilə birlikdə yanaraq yararsız hala düşüb. Yanğınsöndürmə briqadası yalnız alovun ətraf ərazilərə yayılmasının qarşısını ala bilib.
Rahib Nadirov- Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəis müavini:"Yanğın yerinə yanğınsöndürmə briqadları cəlb olunub və qısa müddətdə yanğının qarşısı alınıb. Yanğın zamanı xəsarət alan yoxdur. Dəyən ziyan müəyənləşdirilir. Qonşuların deməsinə görə, yanğın ailə münqaşəsi zəmnində törədilib".
Yanğın baş verən zaman mənzildə ev sahibi Vüqar İmanovdan başqa heç kim olmayıb. Hadisə barədə Yanğından Mühafizə İdarəsinə isə qonşular məlumat veriblər.
Xudakərim İmanov- evin kiçik övladı:"Mən qonşudaydım. Xala gəlib dedi ki, ev yanır. Qonşular dərhal 102-yə zəng etdilər. Çox çalışdılar, evi söndürə bilmədilər".
Baş vermiş hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin müvafiq sutrukturları ilə yanaşı, Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsində də araşdırma aparılır.