Sabunçu Təcili Yardım Xəstəxanasında lentə alındığı bildirlən bu görüntülər sosial şəbəkələrdə böyük qınaq obyektinə çevrilib. Videodan göründüyü kimi yaralı yerdə ağır vəziyyət uzanıb və kömək edən yoxdur.
Şəbəkə istifadəçisi Emil Babayev profilində bunları qeyd edib: "Dünən axşam Sabunçu Təcili Yardim Xəstəxanasında gördüyüm özbaşınalığa sakit qala bilmədim. Belə şərəfsizlik olmaz! Adamı bıçaqlayıblar, dizi üstə oturub can verir, həkim də deyir adını- soyadını deməsən heç yerimdən tərpənən də deyiləm.

Mövzunu diqqətdə saxlayırıq-¦

Unikal.org videonu oxuculara təqdim edir: