Bakıda ər arvadını bıçaqlayıb.

Unikal.org report-a istinadən bildirir ki, Nəsimi rayonunun N.Məlikov küçəsi, ev 13 ünvanında yaşayan 1971-cı il təvəllüdlü Azər Rəsulov arvadı, 1976-ci il təvəllüdlü Sevda Rəsulovaya bıçaqla xəsarət yetirib.
Qadın qarın nahiyəsinin kəsilmiş-deşilmiş yaraları ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.