Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində qardaşını qətlə yetirməkdə təqsirləndirilən Elxan Həbibovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Unikal.org-un APA-ya istinadən məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsin 18 il azadlıqdan məhrum edilməsini istəyib.
Proses iyulun 22-də davam edəcək.
Qeyd edək ki, ötən il dekabrın 25-də Nərimanov rayonu ərazisində paytaxt sakini, əvvəllər məhkum olunmuş E. Həbibov ailə-məişət münaqişəsi zəminində qardaşı, əvvəllər məhkum olunmuş Əbülfətə bıçaqla xəsarət yetirib. Əbülfət xəstəxanaya aparılarkən yolda ölüb.