Bakıda oyun salonunu yardılar.

Unikal.org Region TV-yə istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsində qeydə alınıb.

Dağlılar məhəlləsində yerləşən, Nigar Köksala məxsus oyun salonuna oğrular açarseçmə yolu ilə daxil olublar. Zərərçəkənin sözlərinə görə, gecə anası obyektin qapısını açarla bağlayaraq evə gedib. Sabah isə salonun qapısının açıq olduğunu görüblər.

Qadın hadisə ilə bağlı 41-ci polis bölməsinə məlumat verib. Oğrular oyun salonunun yanındakı fərdi yaşayış evinin təhlükəsizlik kamerasına düşüblər.

Bu da polisin işini asanlaşdıracaq.