Evdən 43 min manatlıq qızıl əşyalar oğurlayan şəxs yaxalanıb.
Xəzər RPİ-nin əməliyatçıları oğurluq hadisəsinin üstünü açıblar.Bakının Xəzər Rayon Polis İdarəsi əməliyatçıları iyul ayının 12-də baş vermiş oğurluq hadisəsinin üstünü açıblar. Cinayəti törədən şəxs qanundan qaça bilməyib.
Unikal.org Region TV-yə istinadən xəbər verir ki,Buzovna qəsəbə sakiniMirxəlil Cəlilovun evindən qızıl əşyaları oğurlanıb. Oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Laçın rayonu, Qaraqışlaq kəndində qeydiyyatda olan 25 yaşlıTural Əsgərovsaxlanılıb.
Saxlanılan şəxs istintaqa ifadəsində bildirib ki, Buzovnada dəniz kənarındakı çayxanalardan birindən çıxıb evinə gedərkən hündür hasara alınmış evlərdən birinin darvazasının açıq olduğunu görüb. İçəri daxil olub. Elə hər şey də bundan sonra baş verib.
Tural Əsgərov - saxlanılan şəxs:"İçəri girdim. Həyətdə 2 dənə maşın var idi. Qarara gəldim ki, girim evə, görüm nə tapıram, tez götürüm. İşıq düşdü, üzüyü gördüm, götürdüm. Bir də saatı götürdüm. Çıxdım, arxa yolla evə getdim".
Tural qızıl üzüyü lombardlardan birinə, saatı isə tanımadığı şəxsə satıb.
"Girdim içəri, bir xanım var idi. Soruşdum ki, bu üzük neçəyə gedər. O da mənə 550 manat pul dedi. Bir nəfər tanışla getdik şəhərə, bir oğlanla görüşdük. Dedi ki, saata 700 dollar və 200 manat verərəm. Mən də razılaşdım. Pula görə etmişəm. Sonra məlum oldu ki, saatın 27 min, üzüyün 16 min qiyməti var. 3 karatlıq brilliant imiş".
Faktla əlaqədar Xəzər Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.