Gəncədə bıçaqlanma olub.
Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə, şəhər sakini 1957-ci il təvəllüdlü Sevil Hüseynova qarının kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Dərhal əməliyyat edilən qadının vəziyyəti orta ağır qiymətləndirilir. Məlumata görə, S. Hüseynova ruhi xəstə olan bibisi oğlu tərəfindən bıçaqlanıb.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.