ANS televiziyasının bağlanması Türkiyədə də yaxından təqib edilir və bu addıma görə Azərbaycan dövlətinə bir çox təşəkkür mesajı ünvanlanıb.
Unikal.org azxeber.com-a istinadəın bildirir ki, 1 həftədir Türkiyənin bütün şəhərlərində demokratiyaya dəstək mitinqləri keçirilir və belə mitinqlərdən biri də dünən Trabzon şəhərində baş tutub. Mitinqdə Fətullah Güləndən müsahibə alan ANS televiziyasının bağlanmasından danışılıb və aparıcı bu addıma görə Azərbaycana təşəkkür edib.
Eyni zamanda mitinqdə qeyd olunub ki, Azərbaycan və Türkiyə qardaş ölkələrdi, dostluğumuz əbədidir.
Qeyd edək ki, bu aksiya Trabzonda keçirilib.
Həmin görüntüləri təqdim edirik: