İyulun 26-da saat 01 radələrində Sabunçu rayonunun Bilgəh qəsəbəsindən qəsəbə sakini Emin İmranova məxsus "Mercedes markalı avtomobilin qaçırılması ilə bağlı polisə məlumat daxil olub.
Unikal.org DİN-ə istinadən xəbər verir Sabunçu RPİ 14-cü PB əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı E.İmranovun iyulun 26-da qəsəbə ərazisində idarə etdiyi avtomobillə yol-nəqliyyat hadisəsi törətməsi və avtomobili hadisə yerində qoyub hadisə yerini tərk etməsi, həmçinin polisə yalan məlumat verməsi müəyyən edilmişdir.
Avtomobil cərimə meydançasına yerləşdirilib.