Gəncədə oğurluq hadisəsi baş verib.
Unikal.org Kəpəz TV-yə istinadən xəbər verir ki, 30 iyulda Vaqif küçəsi, ev 65 ünvanında yaşayan Pərviz Məhərrəmov ərizə ilə Nizami Rayon Polis İdarəsinə müraciət edərək evinin qarət edildiyini bildirib.
Məhərrəmov oğurluq baş verdiyi zaman evdə heç kəsin olmadığını deyib. Naməlum şəxs evdən külli miqdarda qızıl-zinət əşyaları oğurlayıb. Gəncə Şəhər Baş Polis İdarəsi və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Onun ev sahibinin dayısı 58 yaşlı Əbülfət Məmmədov olduğu məlum olub. Saxlanılan şəxs əməlini etiraf edib. Onun Rusiya Federasiyasında quldurluq faktına görə 10 il məhkumluq həyatı yaşadığı, Gəncədə isə oğurluq faktına görə məhkəmənin qərarı ilə inzibati qaydada cərimələndiyi də aşkarlanıb. Öz bacısı oğlunun malına göz dikən dayı barəsində cinayət işi açılıb, araşdırma aparılır.