Unikal.org Region TV-yə istinadən bildirir ki, Abşeron rayon sakini, 37 yaşlı Şahin Qəhrəmanov istirahətdə olarkən azadlığından olub. Onun sözlərinə görə, Nabranda olarkən restoranda bir şəxslə tanış olub. Yeyib-içəndən sonra yeni tanış Şahinə narkotik vasitə təklif edib. Kefli olan Şahin isə bu təklifi qəbul edib: "Dincələrkən bir nəfərlə tanış oldum. Yan stolda oturub çörək yeyirdilər. Elə oldu ki, əyləşdik bir yerdə oturub çörək yedik. Sonra tanımadığım bir şəxs dedi ki, məndə belə bir şey var. Çəkmək istəmirsən?"
Daha sonra sözügedən şəxs Şahinə istəsə, yenə də narkotik vasitə tapa biləcəyini deyib. Razılıq verən Şahin həmin şəxslə görüşüb və narkotik vasitəni də götürüb Bakıya qayıdıb: "Dedi ki, istəyirsən təşkil edim. GəldikXudat şəhərinə. Orda 70 manata bir kibrit qutusu aldım ondan".
Özünün dediyinə görə avtomobili xarab olduğundan onu təmir etmək üçün maşınına baxış keçirib. Elə bu zaman Abşeron Rayon Polis İdarəsinin əməliyyatçıları ona yaxınlaşaraq idarəyə gətiriblər: "Deməli, Qafqaz Universitetinin yanında maşına baxış keçirən zamanmaşında bir az nasazlıq var idi. Polis əməkdaşları yaxınlaşdılar ki, nolub? Nə kömək ola bilər? Bir az həyəcanlandım. Şübhəli şəxs kimi gətirdilər polis idarəsinə. Üzərimə baxış keçirilərkən həmin marixuana aşkar olundu. Çox peşmanam. Kaş o insanı heç görməz olardım. Kaş onu heç əlimə almaz olardım".
Artıq faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.