Şəkidəki bıçaqlaşmanın təfərrüatları üzə çıxdı.

Unikal.org Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, hadisə Şəkinin Cəfərabad kəndində qeydə alınıb.Rusiya dövlətinin Tümen vilayətində qeydiyyatda olanQiyas Rüstəmovvə həyat yoldaşı Lyudmila Sazanovabir neçə gün əvvəl Cəfərabad kəndinə qonaq gəliblər. Orada onların Qiyas Rüstəmovun qardaşı oğluVüsal Rüstəmovla mübahisələri düşüb.Mübahisə zamanı Vüsal Rüstəmov doğma əmisi olan Qiyas Rüstəmova bıçaqla, onun həyat yoldaşına isə yaba ilə xəsarət yetirib.

Müxtəlif xəsarətlər alan Qiyas Rüstəmov və onun həyat yoldaşı Lyudmila Sazanova xəstəxanaya çatdırılıblar.

Qiyas Rüstəmov - zərərçəkən: "Bizim ata-anadan yurd qalıb. Onun arvadı deyir ki, bura mənimdir. Mən də deyirəm ki, ortaya fakt, sənəd qoy ki, bura sənindir. Elə onu deyəndə, qan fışqırdı. Qaçıb aynəbəndə girdim. Bağladıq qapını. Zəng elədim təcili yardıma ki, bizi bıçaqlıyıblar".

Hadisəni törədən Vüsal Rüstəmov tutularaq istintaqa təhvil verilib.Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.