Yevlaxda qətl hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbərinə görə, Səbuhi adlı ofisiant işlədiyi çay evinin sahibini münaqişə zəminində bıçaqlayaraq öldürüb.

Məlumata görə, hadisə yerinə gələn Yevlax rayon polis Şöbəsinin əməkdaşları cinayəti törədən şəxsi yaxalayıb.

Yevlax rayonunda qətlə yetirilən şəxsin və qətli törədənin kimliyi məlum olub. Yevlax şəhər sakini 1992-ci il təvəllüdlü Məmmədov Sadiq Cəlil oğlu çalışdığı çayxanada baş verən münaqişə zəminində üstündə gəzdirdiyi bıçaqla çayxananın sahibi, 45 yaşlı Musayev Valeh Sabir oğlunu bıçaqlayaraq öldürüb.

Yevlax rayon Prokurorluğundan bildirilib ki, faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.