Avqustun 14-də Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən İran İslam Respublikasından gələn yük maşınına rentgen aparatı vasitəsilə baxış keçirilib və bu zaman avtomobilin gizli saxlanc yerlərində narkotik vasitəyə bənzər maddələrin təsviri müşahidə edilib.
Dövlət Gömrük Komitəsindən unikal.org-a verilən xəbərə görə, bundan sonra Astara Gömrük İdarəsinin və sərhəd nəzarət məntəqəsinin əməkdaşları birlikdə avtomobildə yoxlama aparıb və nəqliyyat vasitəsindən xeyli miqdarda narkotik vasitə - heroin aşkar olunub.
Nəqliyyat vasitəsini idarə edən Tacikistan vətəndaşı ilkin ifadə zamanı Azərbaycandan tranzit keçməklə Gürcüstana getmək istədiyini bildirib.
Hazırda faktla bağlı araşdırma aparılır və ictimaiyyətə daha ətraflı məlumat veriləcək.
DGK Mətbuat Xidməti
Unikal.org apa-ya istinadən xəbər verir ki, gömrükçülər tərəfindən İran İslam Respublikasından gələn Tacikistan Respublikasının vətəndaşı, 1985-ci il təvəllüdlü Mohemmedemin Sabiroviç İsmoilovun idarə etdiyi "DAF markalı, GP 6925 dövlət nömrə nişanlı ağır tonajlı yük maşını saxlanılıb. Rentgen aparatı vasitəsilə maşına baxış keçirilib və əvvəlcədən hazırlanmış xüsusi gizli saxlanc yerlərində narkotik vasitəyə bənzər maddələrin təsviri müşahidə edilib.
Bundan sonra gömrükçülərlə sərhəd nəzarət məntəqəsinin əməkdaşları birlikdə avtomaşında yoxlama aparıb və nəqliyyat vasitəsindən ümumilikdə 141,156 kiloqram narkotik vasitə olan heroin aşkar olunub.
Nəqliyyat vasitəsini idarə edən sürücü ilkin ifadəsi zamanı Azərbaycandan tranzit keçməklə Gürcüstana getmək istədiyini bildirib. Sürücü yaxalanaraq istintaq orqanlarına təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.