Bu gün Saatlı rayonu, Nərimanov kəndi Araz çayında (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 30 km aralı, nəzarətsiz ərazidə) batmış 1988-ci il təvəllüdlü, Alışov Xalid Əlisafa oğlunun cəsədi tapılıb.
Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, cəsəd FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 11:50-də başa çatıb.