Sabirabad rayonunda yeniyetmə qız elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.

Unikal.org APA-ya istinadən məlumatına görə, hadisə bu gün Sabirabad rayonu Azada kəndində baş verib.

Kənd sakini, 2002-ci il təvəllüdlü Rüstəmli Əfruzə Fərhad qızını evlərində hamamda təmizlik işləri apararkən elektrik cərəyanı vurub.

Hüquq-mühafizə orqanları araşdırma aparır.