Şabran şəhərində dəm qazından zəhərlənmə hadisəsi baş verib.
Unikal.org Report-a istinadən bildirir ki, hadisə bu gün qeydə alınıb.
Belə ki, Şabran şəhəri Tofiq İsmayılov küçəsində yaşayan 2000-ci il təvəllüdlü Qəhrəmanova Xoşqədəm Elxan qızı saat 6:20 radələrində Şabran Şəhər Mərkəzi Xəstəxanasına gətirilib.
O, ilkin tibbi yardım göstərildikdən sonra reanimasiyaya yerləşdirilib.
16 yaşlı Xoşqədəm Qəhrəmanovanın hamamda çimərkən dəm qazından boğulduğu bildirilir.
Həkimlər onun vəziyyətini kafi qiymətləndirirlər.