ABŞ-ın Tennesi ştatının Memfis şəhərində yaşayış evində baş vermiş yanğında 5-i uşaq olmaqla 9 nəfər həlak olub.

Unikal.org "Report"a istinadən xəbər verir ki, bu barədə "Fox13" telekanalı məlumat yayıb.

Məlumata görə, yanğln zamanı xəsarət almış daha 1 uşaq hazırda xəstəxanada ağır vəziyyətdədir.

Hüquq-mühafizə orqanları hadisənin başvermçə səbəblərini araşdırır.