Tərtərdə piyadanı avtomobil vurub.
Unikal.org-un APA-ya istinadən xəbərinə görə, hadisə Tərtər rayonunun dördyol adlanan ərazisində qeydə alınıb. Goranboy rayon sakini, 1992-ci il Hüseynova Dinarə Əsgərxan qızı yolu keçərkən "VAZ 2106" markalı, 02 BC 806 dövlət nömrə-nişanlı maşınla vurulub. Sürücü D.Hüseynovanı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıb.
Xəstəxanadan APA-ya bildirilib ki, D.Hüseynova diz və bel nahiyəsindən xəsarət alıb, həyatına təhlükə yoxdur.
Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.