Gəndov-Yalama yolunun Qaradağlı kəndindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.

Unikal.org RTV-yə (Region TV) istinadən xəbər verir ki, Qalağan kənd sakini, 1991-ci il təvəllüdlü Rəsulov Asəf Zahid oğlunun idarə etdiyi 27 BM 998 dövlət nömrə nişanlı "VAZ-21110 markalı avtomaşın yolun kənarındakı maneəyə çırpılıb.

Hadisə nəticəsində sürücü xəsarət alıb. Yaralı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.