Bakıda kafedə bədbəxt hadisə baş verib.
Unikal.org musavat.com-a istinadən bildirir ki, hadisə paytaxtın Səbail rayonu ərazisində, "20-ci sahə" yaşayış massivində yerləşən "Orxan" kafesində baş verib.
Kafenin musiqi qrupunun sintezator ifaçısı, 51 yaşlı Aydın adlı şəxs (soyadını dəqiqləşdirmək mümkün olmayıb) iş başında dünyasını dəyişib. Aydın anidən huşunu itirib və başı musiqi alətinə dəyib. İşçilər və müştərilər ona yardım etməyə çalışsalar da həyatını xilas edə bilməyiblər.
Hadisə yerinə gələn həkim briqadası 51 yaşlı kişinin infarktdan dünyasını dəyişdiyini müəyyən ediblər.
Polis əməkdaşları meyiti məhkəmə-tibbi ekspertizasına göndəriblər.