Bakı şəhərində 1 yaşlı uşaq faciəli şəkildə ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, sentyabrın 14-də Xəzər rayonunun Qala kəndində 1 yaşlı Zeynəb Quliyeva kanalizasiya quyusuna yıxılıb. Uşağın meyiti oradan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.