Bakıda intihara cəhd olub.

Unikal.org xəbər verir ki, Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün axşam saatlarında Fəxri Xiyabanın qarşısında qeydə alınıb.

1989-cu il təvəllüdlü Fərid Həsrət oğlu Məmmədov üstünə benzin tökərək özünü yandırmağa cəhd edib.

Hadisə yerində olan polis əməkdaşlarının səyi nəticəsində intiharın qarşısı alınıb.

F. Məmmədov ayaq nahiyəsindən yüngül yanıq xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.