Bakıda intihar hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Buzovna qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 39 yaşlı Ramil Aydın oğlu Hüseynov yaşadığı evin həyətindəki turnikdən özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
R. Hüseynov iki uşaq atası imiş.
Faktla bağlı Xəzər rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.