Somali ordusunun generalı və 7 mühafizəçisi öldürülüb.

Unikal.org-un məlumatına görə, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, hadisə paytaxt Moqadişoda baş verib. Belə ki, "Aş-Şabab" qruplaşmasının üzvləri ordu generalına və onun mühafizəçilərinə hücum ediblər. Silahlılar hücum zamanı minalanmış avtomobili partladıblar. Nəticədə general və cangüdənləri həlak olub.