"Nice" klubunun yeni transferi Mario Balotelli Fransa çempionatının 5-ci turunda "Montpellier"yə qarşı baş tutacaq görüşdə iştirak etməyəcək. 

Unikal.org Goal.az-a istinadən xəbər verir ki, italiyalı futbolçunun fiziki cəhətdən hazır olmadığını müəyyənləşib. "L`Equipe" nəşrinin məlumatına görə Balotelli komandanın şənbə gününə nəzərdə tutlmuş məşqini də buraxıb. O, həftə içi Avroliqanın qrup mərhələsində baş tutmuş "Schalke"yə qarşı matçda 90 dəqiqə oynamışdı.