Unikal.org tarixi şəxsiyyətlərin ölümlərindən öncə yedikləri son yeməklərin siyahısını təqdim edir:
Maykl Cekson- pop kral ölmədən əvvəl qızardılmış toyuq və salat yeyib.
Merlin Manro- XX əsrin ən seksual qadını ölümündən öncə dondurulmuş göbələk yeyib.
Mahatma Qandi- Hindistan azadlıq hərəkatının rəhbəri , sonsuzluğa qarışmadan əvvəl qaynadılmış tərəvəz və portağal yeyib, keçi südü içib.
Adolf Hitler- "İkinci Dünya Müharibəsi ndə milyonlarca insanın ölümünün səbəbkarı kimi tarixə adını yazdıran Hitler zəhər içərək intihar etməmişdən qabaq spagetti yeyib.
Avraam Linkoln- ABŞ-ın 16-cı prezidenti ölümündən öncə qızardılmış qaz yeyib.
Böyük İsgəndər- müharibələrdə qazandığı qələbələrlə adını tarixə yazdıran İsgəndər son olaraq ballı əncir yeyib
Kleopatra- gözəlliyi həmişə maraq doğuran Kleopatranın tarixi mənbələrə görə ölümündən öncə əncir yediyi yazılıb.
Napoleon Bonapart- Fransanın ilk başçısı ölümdən qabaq sarmısaqlı çörək və qızardılmış pomidor yeyib.
Elvis Presli- "Rock'n Roll baby!" deyərək milyonlarla insanı özünə cəlb edən Presli dondurma və keks yeyəndən sonra vəfat edib.
Mustafa Kamal Atatürk- ən çox quru lobya və plovu sevməsinə baxmayaraq, son olaraq enginar yemək istəyib. Müəyyən bölgədə yetişdiyinə görə onu İstanbula vaxtında çatdırmaq mümkün olmayıb. Ona görə də Atatürk son istəyinə çatmadan gözlərini yumub.