Yunanıstanın Lesbos adasında miqrantlar üçün yaradılmış ən böyük düşərgələrdən biri olan Moriyada güclü yanğın baş verib.
Unikal.org AFP-yə istinadən bildirir ki, 4 minə yaxın miqrant diri-diri yanmaqdan qurtulmaq üçün düşərgədən qaçıb.
Güclü külək yanğını daha da şiddətləndirib. Polisdən verilən məlumata görə, düşərgəyə qəsdən od vurulması ehtimalı istisna olunmur.