İsrail dövləti Brüsseldə, NATO-nun Baş Qərargahında daimi nümayəndəlik açıb.

Unikal.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, nümayəndəliyin rəhbəri vəzifəsinə İsrailin Avropa İttifaqındakı səfiri Aharon Leşno-Yaar təyin olunub.

O, NATO-nun baş katibi Yens Stoltenbergə etimadnaməsini təqdim edib.

Məlumata görə, İsrail dövlətinin səfiri daimi təmsilçiliyin açılmasının ölkəsinə verilən böyük önəm olduğunu bildirib.

Qeyd edək ki, İsrail uzun illərdir NATO-da daimi nümayəndəlik açmaq istəyirdi. Lakin Türkiyə buna veto qoyurdu. Rəsmi Ankara bu vetonu qaldırdıqdan sonra İsrailin NATO-da daimi nümayəndəliyi açılıb.