Milyon qazanmaq üçün nə tələb olunur? Maraqlıdır onlar buna necə nail olub? Xüsusi istedada sahib bəzi insanlar erkən yaşda milyonlar qazanmağı bacarıb.
Unikal.org technote.az-a istinadən xəbər verir ki, onların arasında 8-10 yaşlı uşaqlar da var. Həmin insanların siyahısını təqdim edirik.
1). Con Kun (John Koon)
Avtomobillərə qarşı xüsusi sevgisi olan Koon, Nyu Yorkda avtomobil satışı işinə girib. Sonra isə işin gəlirli olduğunu görüb "Extreme Performance Moto Sports" adında firma açaraq işi daha da genişləndirib. Koon hətta "Pimp My Ride" proqramına avtomobil parçaları göndərirmiş. Hələ 16 yaşında olarkən milyoner olan Con, bu proqramla məhşurlaşaraq, 40 milyon dollar mal varlığına sahib ola bilib.
2). Karl Çörçil (Carl Churchill)
Hazırda çox populyar olan Veb dizayn işinə maraq salan Karl, 12 yaşında firmalar üçün veb dizayn edərək milyoner olmağı bacarıb. 15 yaşında artıq 2 firma sahibi olan Karl, 19 yaşında DMC internet şirkətinin qurucusu olub. Qazandığı nailiyyətlərə görə onu "İngiltərənin Bill Gatesi adlandırırlar. 2020-ci ildə sərvətinin 100 milyon dollar olacağı düşünülür.
3. Farrah Qrey (Farrah Grey)
Hələ 6 yaşında olanda bədən lasyonları satan Farrah, 13 yaşında qəribə və maraqlı yemək xidməti təklif edən Far-Out-Food adlı firmanı qurub. Hələ 14 yaşına çatmadan isə Wall Street-də ofis açaraq 20 milyon dollardan çox pul qazanıb.
4). Abbey M. Flek (Abbey M. Fleck)
Abbey hələ 8 yaşında olarkən bekon deyilən donuz əti üçün xüsusi qab hazırlayıb. Sərt və dayanıqlı plastikdən düzəldilən bu qab mikrodalğalı sobada bekon bişirmək üçün ideal vasitədir. Bu icadı ilə Abbey bir televiziya verilişinə dəvət almış və getdikcə daha çox tanınmışdı. Təbii ki, bu icad ona çoxlu sayda pul qazandırmaqda davam edir.
5). Maykl Furdik (Michael Furdyk)
Kiçik yaşlarda veb sayt düzəldib hərracla satışa çıxaran Maykl, belə satışların birindən 1 milyon dollar qazanıb. 17 yaşında milyoner olan gənc Opra-nın verilişinə təklif aldıqdan sonra daha da tanınıb və sonralar texnologiya jurnalı düzəldib sataraq çoxlu sayda pullar əldə edib. Amma bununla dayanmayan Maykl, TakingITGlobal.org adlı sayt qurub və orda imkansız ailələrin uşaqlarının təhsil alması üçün təhsil proqramını istifadəyə verib. Bu işə çoxlu sayda pullar xərcləyən Maykl, gəlirini də bir digər yandan artırır.
6). Adam Horvitz (Adam Horwitz)
21 yaşına keçəndə özünə milyon dollarlıq şirkət qurmağı hədəfləyən Adam, Mobile Monopoly adında marketinq tətbiqi qurub. Daha sonra bundan çoxlu sayda pullar qazanan Adam, yepText adlı çat saytı qurub. Artıq 20 yaşında isə 1 milyon dollardan çox sərvətə sahib olub.
7). Devid və Katrin Kuk (David and Catherine Cook)
250.000$ kredit götürərək myearbook.com adlı sayt qurdular. Katrin və Devid adlı bacı-qardaş Facebook sosial şəbəkəsinə oxşar, amma yalnız yeniyetmələr üçün qurduqları saytda, istifadəçi sayı 400.000 nəfərə çatanda milyoner olmaq yolunda ilk addımı atmış oldular. Hal-hazırda onların gəliri 100 milyon dollar təşkil edir.
8). Culyet Brindak (Juliette Brindak)
Culyet 10 yaşında olarkən "Cool Girls adında öz yaşıdlarına uyğun xəyali xarakterlər çəkərək öz istedadını ortaya çıxarıb. Bundan sonra artıq 16 yaşına çatanda Miss O & Friends adında sayt quraraq, aylıq 10 milyon ziyarətçisi olan sosial media hesabı ilə gəlirini 15 milyon dollara çatdıra bilib.
9). Kameron Conson (Cameron Johnson)
Kiçik yaşlarında ailəsinə təşkilatçılar üçün dəvətnamə hazırlamağı təklif edib və ailəsinin dəstəyi ilə qısa zamanda öz bank hesabında minlərcə dollar toplaya bilib. Daha sonra isə işinə yaxt turları, təbrik kartları istehsal etməklə başlayan Kameron aylıq gəlirini 4.000$-a qədər qaldıra bilib. Sonralar isə reklam saytı qurub və DoubleClick, L90, Advertising.com kimi saytlarla əməkdaşlıq etməyə başlayıb. Öz sözlərində isə hələ məktəbi bitirmədən "1 milyon dollarım oldu deyə bildirib.
10). Fraser Doherti (Fraser Doherty)
14 yaşında ticarətlə məşğul olmağa başlayan Fraser Doherti, nənəsinin hazırladığı cemlərin satışını həyata keçirməyə başlayıb. Daha sonra bu işini daha professional səviyyəyə daşıyan Fraser, 2007-ci ildə artıq 180-dan çox yerdə satış etməyə başlayıb. Artıq 2009-cu ildə 1.2 milyon dollara sahib olmağı bacarıb.