Rusiya səhiyyə naziri Veronika Skvortsova Moskva-Nyu-Yorka aviareysi ilə uçan təyyarədə sərnişinə ilk tibbi yardım göstərib.

Unikal.org "RİA Novostiyə istinadən verdiyi məlumata görə, bunu Rusiya Səhiyyə Nazirliyinin ictimai sağlamlıq və kommunikasiyalar Departamentinin direktoru Oleq Salaqay təsdiqləyib.

Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının sammitinə gedən nazir Veronika Skvorçovanın təyyarəsi Peterburqda enməli olub. Amma təyyarə havada olarkən nazir halı pisləşən xanıma ilkin tibbi xidmət göstərib. 

Təyyarə havada olarkən halı pisləşən qadının xəstəxanaya aparıldığı bildirilir.