Hindistanın ayrı-ayrı şəhərlərində da baş vermiş iki yol qəzasında 29 nəfər dünyasını dəyişib. Unikal.org-un məlumatına görə, bu barədə "CNN" xəbər yayıb.
Məlumatda bildirilir ki, hər iki yol qəzası sərnişin avtobuslarının gölə düşməsi nəticəsində baş verib. Hadisələrdən biri ölkənin şimalında, Amritsar şəhəri yaxınlığında baş verib. İçində uşaqların olduğu avtobusun gölə düşməsi nəticəsində 6 azyaşlı dünyasını dəyişib, 14 nəfər xəsarət alıb.
Digər qəza isə Bixar ştatında olub.Bu qəza nəticəsində də 11-i uşaq olmaqla 23 nəfər dünyasını dəyişib .