Türkiyə polisi Adana şəhərində fəaliyyət göstərən masaj salonunda əməliyyat keçirib.

Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat zamanı salonu işlədən iki qadın B.Aslı, Ö.Şifa əxlaqsızlıq yuvası təşkil etdiklərinə görə saxlanılıblar.Salonun xidmətlərindən istifadə edən kişilərin polisə verdiyi açıqlamalarına görə, hər müştəri masaj üçün 150 TL (82 AZN), intim üçün isə əlavə 10 TL (5,5AZN) ödəniş edirlər.
 
Aparılan araşdırmalardan sonra Aslı B və Şifa Ö. əxlaqsızlıq yuvası təşkil etdiklərinə görə həbs ediliblər, fahişəliyə məcbur edilən Halime K. isə ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.