Qoç- narahatlıq üçün ciddi səbəblər yoxdur. Xırda məsələlərə görə nigaran qalmasanız, gün pis keçməyəcək. İmkan varsa, yaxınlarınıza yardımlar edin. Sürpriz istisna deyil. Dəyər verdiyiniz insanlarla münasibətləri rəvan edin. Bu, əlaqələrə əla təsir edəcək.
Buğa- maliyyə məsələlərinin həlli ilə məşğul olmaq əlverişli deyil. Pulla bağlı problemlərin müzakirəsini belə, təxirə salın. Maliyyə problemləri anlaşılmazlıqlara, qarşıdurmalara səbəb ola bilər. Axşam saatlarına yaxın yaşam potensialının səviyyəsi aşağı düşəcək. Səhhətinizdə kiçik problemlər yarana bilər. Özünüzü qoruyun.
Əkizlər- işlər o qədər parlaq olmasa da, lap pis deyil. Yaşamdan şikayətlənmək üçün ciddi səbəblər yoxdur. Fəqət emosional dəstək artıqlıq etməz. Yaxınlarınıza dəstək üçün müraciət edin, əhvalınızı yaxşılaşdırın.
Xərçəng- qəfil olay və ya təsadüf işlərinizi daha da rəvan edəcək. Bu gün sizin gününüzdür. Yaxınlarınız və dostlarınızla ünsiyyət üçün yaxşı zamandır. Verdiyiniz suallara cavab alacaqsınız. Alış-verişə çıxarkən simiclik etməyin.
Şir- hər şey alınacaq. Hətta gerçəkləşəcəyinə inanmadığınız ideyanızı reallaşdıra bilərsiniz. İşlər çoxdur və saatlar keçəndən sonra yorula bilərsiniz. Tamamilə əldən düşdüyünüzü düşünə bilərsiniz. Amma az sonra "ikinci nəfəs" açılacaq və işlərdə nizam yaranacaq. Xoş sürprizlər istisna deyil.
Qız- yeni tanışlarla ehtiyatlı olun. Adi günlərdən fərqli olaraq indi başqasının ideyalarını dərhal təqdir etməyin. Vədlərə və dilətutmalara aldansanız, belə yanlışlığın fəsadları xoşagəlməz ola bilər.
Tərəzi- yeni işgüzar əməliyyata, layihəyə başlamaq üçün əlverişli zamandır. Yaxın gələcəklə bağlı planları müzakirə edin, onların reallaşdırılma yollarını nəzərdən keçirin.
Əqrəb- günün ilk yarısı pis keçməyəcək. Bədbinlik üçün heç bir səbəb yoxdur. Ən kiçik uğurlar və irəliləyişlər əhvalınızı yaxşılaşdıracaq. Səy göstərib əzmlə çalışsanız, ciddi irəliləyişə nail ola bilərsiniz.
Oxatan- görüşlər pis keçməyəcək. Qarşı tərəfdə özünüzlə bağlı xoş təəssürat yaratmaq üçün səy göstərin. Bacarıq və biliklərini nümayiş etdirmək imkanları olacaq. Axşam saatlarında normal istirahət edin.
Oğlaq- yeni və maraqlı işə başlamaq üçün əlverişli zamandır. Macəra axtarışına çıxsanız, emosiyaların təsiri altında hərəkət etməyin. Hisslər aləminə qapılmayın. Eksperimentlər edə bilərsiniz. Amma heç bir ehtiyac olmadan risk etməyin.
Dolça- təəssüflər olsun ki, yeni tanışlardan yaxşı heç nə gözləməyə dəyməz. Günün ikinci yarısında şirin vədlərə və irreal təkliflərə inanmayın. Yasaqlara, bilinməyənlərə sürəkli can atmayın. Məntiqli və soyuqqanlı olun, ağır səhvlərə yol verməyin.
Balıqlar - günün ilk yarısı çətinliklərdən xali deyil. Problemlər sizi qorxutmasın. Onların öhdəsindən gələ bilərsiniz. Konstruktiv olun, yaranmış vəziyyəti təhlil edin. Yardıma zərurət yaranarsa, yalnız yaxşı tanıdığınız insanlara üz tutun.