Qəzzada yerləşən Xan Yunus Zooparkında heyvanlar çox acınacaqlı bir vəziyyətdədirlər.
Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, 2007-ci ildə açılan zoopark 2008-ci ildə İsrailin Qəzzaya hücumu ilə ilk zərbəsini alıb. Döyüş əsnasında da heyvanların yanına getmək mümkün olmadığı üçün onlar çox baxımsız bir vəziyyətdə qalıblar. Zooparkda günlərlə ac-susuz, bir dəri bir sümüyü qalan meymun, aslan, pələng, timsah və kirpilər zamanla çürüməyə başlayırlar.
Zooparkın sahibi Məhəmməd Avaida isə günahın Fələstin-İsrail qarşıdurmasında olduğunu deyir.