Suriyanın Hələb şəhərinə atılan raket erməni əsilli 1959-cü il təvəllüdlü Akop Calalyanın ölümünə səbəb olub.
Unikal.org bildirir ki, bu barədə azvision.az erməni KİV-ə istinadən xəbər verir. Raket zərbələrinin İŞİD terrorçuları tərəfindən atıldığı deyilir.
Qeyd edək ki, ötən gün Hələbdə ermənilərin kompakt yaşadığı ərazinin raketlə tutulması nəticəsində 1986-cı il təvəllüdlü Qaspar Şatoyan və 1987-ci il təvəllüdlü Movses Movsesyan ölüb. Hadisə nəticəsində digər erməni Varujan Tonapetyan yaralanıb.