Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, dünən Ukraynanın Donetsk Prokurorluğu və polis əməkdaşlarının iştirakı ilə Mariupolun Primorskiy qəsəbəsində yerləşən bir mədəniyyət evində əməliyyat aparıb.
Əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları gördüklərinə inanmayıblar. Məlum olub ki,
mədəniyyət evinin 1956-ci il təvəllüdlü bir qadın və iki qızı tərəfindən, xaricilərə fahişəlik xidməti təqdim edilən VIP görüş evi olaraq istifadə edilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları apardıqları əməliyyat zamanı mədəniyyət evindən xeyli miqdarda pulda ələ keçirib.
Dərhal mədəniyyət evinin xanım rəhbəri və fahişəlikdə günahlandırılan qadınlar həbs ediliblər.
Hadisə ilə bağlı araşdırma aparılır.