Tayvan sahillərində 6 bal gücündə zəlzələ baş verib.
Unikal.org "RİA Novotsi"yə istinadən xəbər verir ki, bu barədə Tayvanın Mərkəzi Meteoroloji Bürosu məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 23:51-də qeydə alınıb. Zəlzələ ocağı 20 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat barəsində məlumat verilmir.
Sunami təhlükəsi elan olunmayıb.