ABŞ-ın Florida ştatının qubernatoru Rik Skott yaxınlaşan "Metyu qasırğası ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.
Unikal.org xəbər verir ki, bu barədə "CNN məlumat yayıb.
"Bu ciddidir...Risk etməyin. Bir daha təkrar edirəm, əgər təxliyyə olunmalısınızsa ləngiməyin. Bu, qasırğa sizi öldürə bilər. Vaxt daralır, - qubernator açıqlamasında bildirib.
Hazırda Floridada 2 milyon insan təxliyyə olunur.