Məşhur Türk sənətçisi Hülya Avşarın yeni sevgilisinin olduğu barədə xəbərlər yayılıb.
Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, bu yaxınlarda qızının təhsili üçün Londona gedən Hülyanın bu səfərinin başqa səbəblərinin də olduğu deyilir. Belə ki, 5 il tənhalıqdan sonra 53 yaşılı H.Avşar Londonda yaşayan bir iş adamı ilə sevgili imiş. Aktrisa sevgilisinin gözdən uzaq yaşamasını istədiyi üçün tez-tez Londona gedir.
Bir müddət əvvəl isə müsahibəsində "Özümü sevməyə hazır hiss edirəm" demişdi.
Onun keçmiş əri və qızının atası Kaya Çilingiroğlu da "Hülyanın həyatına kimsə girməlidir" şəklində fikrini bildirmişdi.