Dünyanın ən təhlükəsiz ölkələri reytinqində birincilik Finlandiyaya məxsusdur.
Unikal.org Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Dünya İqtisadi Forumunun tərtib etdiyi reytinqə 141 ölkə daxildir. Finlandiyadan sonra ikinci və üçüncü yerləri müvafiq olaraq Qətər və Birləşmiş Ərəb Əmirlikləri tutur. İlk onluğa, həmçinin İslandiya, Avstriya, Lüksemburq, Yeni Zelandiya, Sinqapur, Oman və Portuqaliya daxildir.
Ekspertlər ölkələrdə təhlükəsizlik şəraitini cinayətkarlığın, o cümlədən terrorçuluğun, xalqın hüquq mühafizə sistemləri əməkdaşlarına etimadının səviyyəsinə və qanun keşikçilərinin əhalini müdafiə etmək qabiliyyətinə əsasən qiymətləndiriblər.